Dərman qiymətləri sürətlə artır

09:30 / 18.10.2025 Oxunub: 91

Rusiyada dərman vasitələrinin qiymətləri son bir il ərzində orta hesabla 14 faiz artıb.

KANAL 20 TV  xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, bəzi preparatlarda qiymət artımı daha da yüksək olub. Məsələn, məşhur ağrıkəsici “Ketorol” 30 faiz bahalaşaraq 55 rubl, spazmolitik “No-şpa” isə 15 faiz artaraq 462 rubl təşkil edib.

Qiymətlərin qalxmasının əsas səbəbləri apteklərin və istehsalçıların xərclərinin artması, həmçinin logistika və idxal komponentlərinin bahalaşması ilə bağlıdır. Xarici valyutaların dəyərinin yüksəlməsi də idxaldan asılı olan dərmanların maya dəyərinə birbaşa təsir göstərir.

Bu tendensiya davam edərsə, xüsusilə payız-qış mövsümündə əhali üçün vacib dərmanların qiyməti daha da arta bilər.



Digər xəbərlər

Xəbər lenti

19 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ