Zelenski: ABŞ-ın köməyi ilə bu müharibəni dayandıra bilərik

22:11 / 17.10.2025
Oxunub: 103
Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün yaxşı bir məqamdır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı deyib. O bildirib ki, Rusiya müharibənin həllinə hazır deyil. “Ancaq düşünürəm ki, sizin köməyinizlə bu müharibəni dayandıra bilərik. Buna həqiqətən
ehtiyacımız var. Rusiyanın döyüş meydanında uğurlu addımlarının olmadığını görürük və bu, yaxşıdır. Hesab edirəm ki, onların ordusu indi zəifdir, itkiləri çoxdur. İqtisadiyyatda da çoxlu itkiləri var. Hesab edirəm ki, bu, çox vacib məqamdır”,- deyə Zelenski əlavə edib.



Digər xəbərlər

Türkiyə XİN Əfqanıstan ilə Pakistan arasında atəşkəsin əldə olunmasını alqışlayıb

WhatsApp-da yeni qayda tətbiq edilir

Dərman qiymətləri sürətlə artır

Ağ Evdə Trampla Zelenski arasında görüş başlayıb

Orban və Putin Budapeştdə Rusiya–ABŞ sammitinin keçirilməsi imkanını müzakirə edib
jpg-1760346510.jpg)
Britaniya Qəzzaya yardım paketi çərçivəsində 27 milyon dollar ayıracaq
Xəbər lenti
19 Oktyabr 2025