Londonda İran səfirliyində etiraz aksiyası – inqilabdan əvvəlki bayraq qaldırıldı
Kanal 20 TV xəbər verir ki, Londonda İranın Böyük Britaniyadakı səfirliyində diqqətçəkən etiraz aksiyası baş verib. Belə ki, bir şəxs səfirliyin binasına qalxaraq İran İslam Respublikasının rəsmi bayrağını endirib və onun yerinə İranda 1979-cu il İslam inqilabından əvvəl istifadə olunan Şir və Günəş simvollu bayrağı qaldırıb.
Hadisə ətrafdan keçənlərin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Sosial mediada yayılan görüntülərdə etirazçının binanın üst hissəsinə qalxaraq bayrağı dəyişdiyi aydın görünür.
Məlumata görə, bu addım İran hakimiyyətinə qarşı simvolik etiraz kimi qiymətləndirilir. Hadisə ilə bağlı Böyük Britaniya hüquq-mühafizə orqanlarının və İran səfirliyinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.


Digər xəbərlər
Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır
“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”
XX əsrin qanlı faciəsi - Xocalı
Tariximizin faciə və zəfər səhifələri
AMEA-da Ramiz Mehdiyevin üzvlüyü məsələsi müzakirəyə çıxarılır
Dövlət-vətəndaş münasibətlərində yeni model
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir