Qəzaya düşən hərbi təyyarənin qara qutusu Türkiyədə oxunacaq
Gürcüstan ərazisində qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qara qutusu ölkəmizdə oxunacaq.
"Report" xəbər verir ki, bunu "Haber Global" telekanalının efirində İstanbul Altınbaş Universitetinin dosenti, hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib.
Onun sözlərinə görə, Türkiyə axtarış-xilasetmə işləri üçün bölgəyə Akıncı Hücum Tipli Pilotsuz Uçuş Aparatı göndərib: "Odur ki, yaxın müddət ərzində qara qutuların tapılma ehtimalı çox yüksəkdir. Eyni zamanda qara qutular bizdə oxunacaq, Amerikaya göndərilməyəcək".
Onun sözlərinə görə, qəzanın baş verməsi ilə bağlı əsas 5 səbəb göstərilir: "Bunlardan biri də, hava gəmisinin daxilində təzyiq məsələsidir. Çünki təyyarənin göydə hissələrə ayrılması ifadə edilir. Bütün hallarda qara qutunun tapılması əsas səbəbi ortaya çıxaracaq".
O əlavə edib ki, bu cür təyyarələrdə baş verən sistem xətası digər işlərin bloklanmasına səbəb olur: "Məsələn: elektrik sistemində hər hansı bir hadisə baş verir, nəticədə bu, digər sistemləri də təsir göstərir".


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan