2026-cı ildə KOB-lara sərgilər, yarmarkalar və ticarət şəbəkələrinə çıxış dəstəyi davam edəcək
2026-cı ildə də kiçik və orta biznes (KOB) subyektlərinin sərgilərdə və yarmarkalarda iştirakına, həmçinin iri ticarət şəbəkələrinə çıxış imkanlarına dəstək proqramları davam etdiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən dəstək mexanizmlərindən 2025-ci ildə 350 mikro, kiçik və orta sahibkar yararlanıb. Onlardan 85-i Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (8-i yerli, 3-ü xarici ölkələrdə) ödənişsiz iştirak edib.
Mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin tanıdılması və satışına dəstək məqsədilə isə 3 “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub. Göygöl, Şuşa və Göyçayda keçirilən yarmarkalarda 220 sahibkar məhsul və xidmətlərini təqdim edib, satışını həyata keçirib.
Həmçinin, mikro və kiçik sahibkarların məhsullarının iri ticarət şəbəkələrində satışı üçün 7 satış nöqtəsi ayrılıb və bu imkanlardan 45 KOB subyekti faydalanıb.
KOB subyektləri satış imkanlarını genişləndirmək üçün dövlətin dəstək mexanizmlərindən yararlanmaq məqsədilə KOBİA-ya müraciət edə bilərlər.


Digər xəbərlər
Dünya bazarlarında “Azeri Light” nefti ucuzlaşıb
“Azeri Light” neftinin qiyməti dünya bazarlarında bahalaşıb
AzerGold QSC-nin 10 illik fəaliyyəti: Yeni yataqlar, ixrac və iqtisadi töhfə
Azərbaycanda pensiyalar 9.2 faiz artırıla bilər – 1.1 milyondan çox vətəndaşa şamil olunacaq
“Azeri Light” nefti dünya bazarında bahalaşıb
Kevin Uorş: “İnflyasiya təhlükəlidir, Fed siyasəti həddindən artıq stimullaşdırıcıdır”
Xəbər lenti
Ən çox oxunan