ADY regionlararası yeni marşrutu istifadəyə verir
09:48 / 30.12.2025
Oxunub: 107
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) regionlararası istiqamət üzrə daha bir yeni marşrutu istifadəyə verməyə hazırlaşır.
Kanal 20 TV.az -ın məlumatına görə, bu barədə ADY rəsmi açıqlama yayıb. Bildirilib ki, rahat və komfortlu səyahətin təmin edilməsi məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir sərnişin qatarı yaxın günlərdə istifadəyə veriləcək.
Yeni marşrut sərnişinlərə daha sürətli, təhlükəsiz və komfortlu səyahət imkanı yaradacaq. Layihə çərçivəsində xidmət keyfiyyətinin artırılması və regionlararası nəqliyyat əlaqələrinin gücləndirilməsi nəzərdə tutulur.
ADY tərəfindən marşrutun istiqaməti, hərəkət qrafiki və bilet satışı ilə bağlı ictimaiyyətə əvvəlcədən ətraflı məlumat təqdim ediləcəyi bildirilib.


Digər xəbərlər
Həmin şəxslərə daha 115 mənzil verildi
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib
Bu dərmanlar gələn ildən pulsuz veriləcək
“İrəvan və İrəvanlılar “ mövzusunda dəyirmi masa təşkil olunub.
“Sosial məsələlərin həllinə kömək" İB “ Cəmiyyət və sosial inteqrasiya “ lahiyəsini təqdim edib
Rəqəmsal dünyaya məktub
Xəbər lenti
30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025
Ən çox oxunan
11:50
29 Dekabr 2025
816