“İrəvan və İrəvanlılar “ mövzusunda dəyirmi masa təşkil olunub.
Kanal 20 TV.az xəbər verir ki, Milli QHT Forumunda Qərbi Azərbaycan, xüsusilə də İrəvan şəhərindən deportasiyaya məruz qalaraq Azərbaycanda məskunlaşan ziyalı, ictimai xadimlərin ictimaiyyətə tanıdılması ilə bağlı görüş təşkil olunub.“Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin moderatorluğu ilə keçən tədbir Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasındakı Qərbi Azərbaycanla bağlı çıxışı ilə başladı.QHT rəhbəri İ.Rizazadə tədbir haqqında ümumi məluat verdi. Ulu öndərimiz Heydər Əliyevin Qərbi Azərbaycanlılar qarşısında “Siz o torpaqlara, Göyçəyə , Zəngəzura, Vedi Basara, İrəvana qayıdacaqsınız” sözlərindən ilhamlanaraq bir vətəndaş cəmiyyəti nümayəndəsi kimi hansı işləri gördüklərindən danışdı.
“İrəvan və irəvanlılar”la bağlı keçirilən dəyirmi masada qonaqlara söz verildi.
Ziyalılar yeni tarixi faktların, milli mədəni irsimiz, tarixi şəxsiyyətlərimizə dair məlumatların toplanmasından söz açdlar. 1915-1920, 1948-1953 və sonuncu 1988-ci ildə Qərbi Azərbaycan, xüsusən də, İrəvan şəhərindən deportasiyaya məruz qalaraq Azərbaycanda məskunlaşan ictimai xadimlərin çıxışları xüsusi ilə maraq dogurdu. Tədbirdə, həmçinin, Azərbaycan-Ermənistan arasında gedən sülh prosesləri zamanı ölkəmizin bu istiqamətdə siyasətinin dəstəklənməsi, ölkə başçısının bununla bağlı atdığı ugurlu addımlar diqqətə çatdırıldı.Sonda İradə Rizazadə gələn qonaqlara təşəkkürünü bildirdi və çay süfrəsi arxasında müzakirələr davam etdirildi.


Digər xəbərlər
Həmin şəxslərə daha 115 mənzil verildi
ADY regionlararası yeni marşrutu istifadəyə verir
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib
Bu dərmanlar gələn ildən pulsuz veriləcək
“Sosial məsələlərin həllinə kömək" İB “ Cəmiyyət və sosial inteqrasiya “ lahiyəsini təqdim edib
Rəqəmsal dünyaya məktub
Xəbər lenti
Ən çox oxunan