Azərbaycanlılar üçün Monteneqroda vizasız rejim ləğv edildi
Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Bununla da iki ölkə arasında mövcud olan vizasız gediş-gəliş qaydası qüvvəsini itirib.
Modern.az-ın məlumatına görə, qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub. Xəbəri “European Western Balkans” nəşri yayıb.
Monteneqro hökumətinin açıqlamasında bildirilir ki, Türkiyə vətəndaşları üçün də ölkədə icazə verilən qalma müddəti 90 gündən 30 günədək azaldılıb. Qeyd olunub ki, təhlükəsizlik riskləri qiymətləndirildikdən sonra zərurət yaranarsa, viza rejimi ilə bağlı qərarlara yenidən baxıla bilər.
Rəsmi şəxslər vurğulayıblar ki, viza və miqrasiya qaydalarının sərtləşdirilməsi qeyri-qanuni miqrasiya ilə mübarizə, eləcə də ölkəyə giriş-çıxışa nəzarətin gücləndirilməsi məqsədi daşıyır.
Məlumata görə, bu addım Monteneqronun viza siyasətinin Avropa İttifaqı ilə uyğunlaşdırılması çərçivəsində həyata keçirilən daha geniş tədbirlər paketinin tərkib hissəsidir. Bu çərçivədə üçüncü ölkələrlə, o cümlədən Azərbaycanla bağlı viza qaydalarının uyğunlaşdırılmasının 15 yanvar tarixinədək başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, Monteneqro hakimiyyəti oktyabrın 27-də Podqoritsada gecə klubunda baş verən insidentdən sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırmışdı. Həmin hadisə zamanı 45 nəfər saxlanılmış, Türkiyə və Azərbaycan vətəndaşları da daxil olmaqla bir neçə nəfər ağır xəsarət yetirmə ittihamı ilə həbs edilmişdi.


Digər xəbərlər
Macarıstan gündə bir milyon avro cərimə ödəyəcək
Mark Rütte: ABŞ-ın nüvə çətiri bizim mütləq zəmanətimizdir
Faciəli şəkildə ölən türkiyəli müğənninin oğlu: "Bacım həyatındakı kişiyə görə hər şey edə bilər, şikayətçiyəm"
NATO-nun Baş katibinin müavini Ermənistana səfər edəcək
İranın XİN rəhbəri Moskvaya səfər edəcək
İsrailə "Avroviziya"da iştirak icazəsi verildi - 5 ölkə yarışmadan çəkildi
Xəbər lenti
Ən çox oxunan