Azərbaycanın 2026-cı il dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər açıqlandı
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.
Kanal 20 TV .az-ın məlumatına görə, qanuna əsasən, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat təşkil edəcək. Bu göstərici 2025-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 0,7 faiz çoxdur.
Büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir ki, bu da illik müqayisədə 0,7 faiz artım deməkdir.
Nəticə etibarilə, dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranacağı proqnozlaşdırılır. Bu göstərici əvvəlki illə müqayisədə 1,4 faiz artıb.
Eyni zamanda, 2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 44 milyard 969,4 milyon manat, xərcləri isə 48 milyard 839,3 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu rəqəmlər 2025-ci ilin proqnozları ilə müqayisədə müvafiq olaraq 2,3 və 2,5 faiz çoxdur.
Beləliklə, icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranacağı gözlənilir ki, bu da illik müqayisədə 5,2 faiz artım deməkdir.
Qanuna əsasən, 2026-cı il üçün büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.


Digər xəbərlər
Manatın effektiv məzənnələrində noyabr artımı qeydə alınıb
Pensiya alanlara şad xəbər: Gələn ildən...
Ermənistana yaxın zamanda Azərbaycan vasitəsilə yeni taxıl partiyasının çatdırılması gözlənilir
Azərbaycanda bu il informasiya və rabitə sektoruna investisiya qoyuluşunun məbləği açıqlanıb
Əmək müqavilələri ilə bağlı AÇIQLAMA
Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti
Xəbər lenti
Ən çox oxunan