Zelenski Uitkoffla böhranın həlli ilə bağlı növbəti addımları müzakirə edib

22:27 / 29.12.2025 Oxunub: 86

Telefon danışığı zamanı tərəflər Ukraynada mövcud vəziyyət, böhranın diplomatik yolla həlli və beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə ediblər. Söhbətdə gələcək əlaqələrin intensiv saxlanılması və konkret addımların razılaşdırılması əsas mövzu olub.

Rustem Umerov qeyd edib ki, hazırda məsləhətləşmələr davam etdirilir və sənəd bəndləri üzərində demək olar ki, hər gün iş aparılır. Onun sözlərinə görə, Ukrayna tərəfi Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə də müntəzəm əlaqə saxlayır.

Danışıqların nəticəsi olaraq yaxın vaxtlarda yeni görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Bu görüşlərin böhranın nizamlanması istiqamətində atılacaq növbəti addımların müəyyənləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.



Digər xəbərlər

Xəbər lenti

30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ