İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib
İşğaldan azad edilmiş ərazilərdə radio-televiziya infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” na əsasən, AZCON Holding şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
APA xəbər verir ki, 29 dekabr 2025-ci il tarixində Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz Radio-Televiziya Yayım Stansiyalarının fəaliyyəti bərpa olunub.
Bununla da işğaldan azad edilmiş ərazilərdə indiyədək bərpa edilən radio-televiziya yayım stansiyalarının sayı 11-ə çatdırılıb. Görülən işlər nəticəsində rəqəmsal televiziya və FM radio yayımlarının əhatə dairəsi genişləndirilib, siqnal keyfiyyəti isə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanılacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə fasiləsiz yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.


Digər xəbərlər
Həmin şəxslərə daha 115 mənzil verildi
ADY regionlararası yeni marşrutu istifadəyə verir
Bu dərmanlar gələn ildən pulsuz veriləcək
“İrəvan və İrəvanlılar “ mövzusunda dəyirmi masa təşkil olunub.
“Sosial məsələlərin həllinə kömək" İB “ Cəmiyyət və sosial inteqrasiya “ lahiyəsini təqdim edib
Rəqəmsal dünyaya məktub
Xəbər lenti
Ən çox oxunan