Azərbaycanda 66 tarixi obyekt dövlət mühafizəsinə götürülə bilər

17:42 / 30.12.2025 Oxunub: 147

Azərbaycanda 66 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi məsələsi müzakirəyə çıxarılıb.

kanal20 TV.az xəbər verir ki, bu məsələ Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının iclasında müzakirə olunub.

İclasda bildirilib ki, indiyədək 500 abidə müzakirə edilib, 2025-ci ildə isə 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb. Onlardan 7-si Bakı şəhərində, 44-ü işğaldan azad edilmiş ərazilərdə yerləşir.

Ekspert Şurasının sədri Gülçöhrə Məmmədova 66 obyektin dövlət mühafizəsinə götürülməsi ilə bağlı məsələnin şura üzvlərinin müzakirəsinə təqdim edildiyini bildirib. Obyektlərdən 48-i Nəsimi rayonunda, 14-ü Suraxanı rayonu Bülbülə qəsəbəsində, 4-ü isə vətəndaş müraciətləri əsasında qeydə alınıb.



Digər xəbərlər

Xəbər lenti

30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ