Gəmi kapitanı və işçiləri Bakı aeroportunda TUTULDU
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər – gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərin “RR Caspi” MMC-nin işçiləri olduğu bildirilir.
İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də “RR Caspi” MMC-yə məxsus olduğu bildirilir.
Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub.
İş üzrə, həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir.
İş üzrə dəymiş ziyanın məbləğinin 2 milyon manat olduğu bildirilir.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib. (APA)


Digər xəbərlər
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: milli birliyin tarixi təməli və müasir dövlət siyasətinin əsas istiqaməti
Azərbaycanda idmanın inkişafı: dövlət siyasətinin strateji prioriteti və milli gücün təzahürü
Azərbaycan idmançılarının beynəlxalq arenadakı tarixi missiyası
Tanınmış diaspor nümayəndəsi Vətəndə
Ötən gün 33 cinayətin açılması təmin edilib
Rəqəmsal dövrə baxmayaraq, Danimarkada ənənəvi kitaba üstünlük verənlərin sayı artır
Xəbər lenti
Ən çox oxunan