Bu dərmanlar gələn ildən pulsuz veriləcək
18:13 / 29.12.2025
Oxunub: 158
Gələn ildən İcbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi planlaşdırılır. Həmçinin ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, "Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklə, həmçinin bəzi dərmanlar pulsuz veriləcək.
Pasiyentlər yalnız tibbi xidmət deyil, ambulator şəraitdə müalicə zamanı dərman vasitələri ilə də pulsuz şəkildə təmin olunacaqlar.
Bildirilib ki, bu yeniliklər əhalinin dərman vasitələrinə əlçatanlığını artırmağa xidmət edəcək.


Digər xəbərlər
Həmin şəxslərə daha 115 mənzil verildi
ADY regionlararası yeni marşrutu istifadəyə verir
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib
“İrəvan və İrəvanlılar “ mövzusunda dəyirmi masa təşkil olunub.
“Sosial məsələlərin həllinə kömək" İB “ Cəmiyyət və sosial inteqrasiya “ lahiyəsini təqdim edib
Rəqəmsal dünyaya məktub
Xəbər lenti
30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025
Ən çox oxunan
11:50
29 Dekabr 2025
816