Dünya Kino Günü: Kino sənətinin yaranmasından 129 il ötür
13:13 / 28.12.2025
Oxunub: 400
28 dekabr — Dünya Kino Günüdür
Bu gün dünyada Dünya Kino Günü qeyd olunur. Tarix 1895-ci il 28 dekabrda Parisdə Lümyer qardaşlarının ilk dəfə pullu kinoseans keçirməsi ilə bağlıdır. Həmin gün kino sənətinin yaranma tarixi kimi qəbul edilir.
Kino qısa zaman ərzində mədəniyyətin ən təsirli və geniş auditoriyaya malik sahələrindən birinə çevrilib. Bu sənət növü insanların dünyagörüşünün formalaşmasında, ictimai və mədəni dəyərlərin ötürülməsində mühüm rol oynayır.
Azərbaycanda da Dünya Kino Günü kino sahəsində çalışan mütəxəssislər və kinosevərlər tərəfindən qeyd olunur, milli kinematoqrafiyanın inkişaf yolu və nailiyyətləri xatırlanır.


Digər xəbərlər
Azərbaycanda 66 tarixi obyekt dövlət mühafizəsinə götürülə bilər
Rəqəmsal dövrə baxmayaraq, Danimarkada ənənəvi kitaba üstünlük verənlərin sayı artır
Sükan arxasında infarkt keçirib – Tanınmış qiraətçinin ölümü ilə bağlı AÇIQLAMA
Əməkdar müəllim, bədii qiraətçi Nadir Hüseynov vəfat edib
Tatarıstanda yeni açılan “Zamanların Əlaqəsi” adlı tarix muzeyə Azərbaycanla bağlı kitablar təqdim edilib
Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli görüşündə çıxış edib
Xəbər lenti
30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025
Ən çox oxunan
11:50
29 Dekabr 2025
816