Macarıstan gündə bir milyon avro cərimə ödəyəcək

20:44 / 28.12.2025 Oxunub: 141

"Macarıstan gündə 1 milyon avro cərimə ödəməsinə baxmayaraq, 2026-cı ildə qüvvəyə minən Avropa İttifaqı Miqrasiya Paktının şərtlərinə əməl etməyəcək".

Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

O, hökumətin bir nəfər də olsun qanunsuz miqrantı ölkə ərazisinə buraxmayacağını vurğulayıb.

"Biz buna "yox" deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrant istəmirik, paralel cəmiyyətlər istəmirik və Milad tətilini qorxu içində keçirmək istəmirik", - nazir "Facebook" səhifəsində yazıb.



Digər xəbərlər

Xəbər lenti

30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ