Azərbaycan–Ermənistan xətti üzrə neft məhsullarının tranziti sürür
Kanal 20 TV xəbər verir ki, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı davam etdirilir. Bu gün 979 ton “Aİ-92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Məlumata görə, yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, bundan əvvəl – 9 yanvar 2026-cı il tarixində Biləcəri stansiyasından Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Həmin yüklər 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağından ibarət olmaqla, 48 vaqonla daşınıb.
Bundan əlavə, 2025-ci il 18 dekabr tarixində də Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük olunmuşdu.
Azərbaycandan həyata keçirilən bu tədarüklər regionda enerji daşımalarının davam etdiyini göstərir.


Digər xəbərlər
Dünya bazarlarında “Azeri Light” nefti ucuzlaşıb
“Azeri Light” neftinin qiyməti dünya bazarlarında bahalaşıb
AzerGold QSC-nin 10 illik fəaliyyəti: Yeni yataqlar, ixrac və iqtisadi töhfə
Azərbaycanda pensiyalar 9.2 faiz artırıla bilər – 1.1 milyondan çox vətəndaşa şamil olunacaq
“Azeri Light” nefti dünya bazarında bahalaşıb
Kevin Uorş: “İnflyasiya təhlükəlidir, Fed siyasəti həddindən artıq stimullaşdırıcıdır”
Xəbər lenti
Ən çox oxunan