Azərbaycanda pensiyalar 9.2 faiz artırıla bilər – 1.1 milyondan çox vətəndaşa şamil olunacaq
Azərbaycanda bütün növ əmək pensiyalarının yaxın günlərdə indeksləşdirilərək artırılması gözlənilir.
Kanal 20 TV xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov məlumat verib.
Deputat bildirib ki, 2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artsa da, ötən ilin ilk 11 ayında artım tempi 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım faizinin isə fevral ayının əvvəlində rəsmi şəkildə açıqlanacağı gözlənilir.
İlkin proqnozlara əsasən, maaş artımı 9.2 faiz təşkil edə bilər.
Vüqar Bayramovun sözlərinə görə, bu göstərici pensiyaların da indeksləşdirilərək artırılmasına səbəb olacaq. Pensiya artımı 1 milyon 100 mindən çox vətəndaşı əhatə edəcək və yanvar ayından hesablanacaq.
Artımlar bütün əmək pensiyası növlərinə, o cümlədən:
yaşa görə pensiyalar
əlilliyə görə pensiyalar
ailə başçısını itirməyə görə pensiyalar
alan şəxslərə şamil olunacaq.
Deputat əlavə edib ki, proqnozlara əsasən, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiya təxminən 590 manata, yaşa görə orta pensiya isə 629 manata çatacaq. Bu isə 2025-ci illə müqayisədə 7.9 faizdən çox artım deməkdir.


Digər xəbərlər
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub
Rəqəmsal Platformalarda Vergitutma Məsələləri Müzakirə Olunub
İpoteka və Kredit Zəmanət Fondu 17,4 milyon manat kredit verib
“Azeri Light” nefti ucuzlaşıb – son qiymət açıqlandı
Azərbaycanda minimum əməkhaqqına hər il baxılacaq – 700 min nəfəri əhatə edən artım mexanizmi təsdiqləndi
Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsinə İtaliya və Sloveniyanın qoşulacağına ümid edir
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir