Bakı–Sumqayıt ekspres marşrutlarında qiymət artdı
14:53 / 14.01.2026
Oxunub: 854
Kanal 20 TV xəbər verir ki, yanvarın 17-dən etibarən Bakı–Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik olacaq.
Məlumata görə, bu marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi işləyəcək. Hazırda iki şəhər arasında əsas sərnişin tələbatını 500 və 503 nömrəli avtobuslar qarşılayır və həmin xətlərdə tarif dəyişməyərək 80 qəpik olaraq qalır.
Qeyd edək ki, ekspres marşrutlarda qiymətlərin müntəzəm marşrutlardan daha yüksək olması adi praktikadır. 594 və 595 nömrəli xətlərdə “Neoplan” markalı müasir avtobuslar istifadə olunur.


Digər xəbərlər
Süni intellektli gələcəyə baxış
“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”
Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib
Əbu-Dabidə Azərbaycan və BƏƏ Prezidentlərinin görüşü ölkələr arası münasibətlərin yeni strateji mərhələyə yüksəlməsi simvoludur
Mandelson və Epstein əlaqəsi: Siyasətdə proses üstünlüyü yox, mənafe önəmli oldu
Ghislaine Maxwell: Epşteyn qalmaqalının “gizli qadını” yenidən diqqət mərkəzində
Xəbər lenti
14 Fevral 2026
13 Fevral 2026
Ən çox oxunan
20:27
18 Yanvar 2026
2988