Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib

11:00 / 05.12.2025 Oxunub: 504

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən ənənəvi III beynəlxalq konfrans çərçivəsində Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panel müzakirəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, çıxış edənlər arasında İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru, professor Yaşar Sarı, fransalı tarixçi Maxime Gauin, Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer və İspaniyanın Panavropa təşkilatını təmsil edən professor Carlos Uriarte olub.

Paneldə iştirakçılar beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerini və Ermənistanın üzərinə düşən humanitar öhdəlikləri müzakirə ediblər.



Digər xəbərlər

Xəbər lenti

02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə