Dövlət Neft Fondunun aktivləri artıb
 

13:08 / 23.07.2025 Oxunub: 73

 

Cari ilin iyun ayına Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66 milyard 516 milyon dolllar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.

AZƏRTAC ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, fondun aktivləri ilin əvvəli ilə müqayisədə 10,8 faiz artıb.

Bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 4,56 faiz azalaraq 8 milyard 833 milyon manat, büdcə xərcləri isə 13,5 faiz artaraq 7 milyard 278,6 milyon manat təşkil edib.



Digər xəbərlər

Xəbər lenti

24 Iyul 2025
23 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ