Gürcüstanlı professor: Azərbaycan qaçqınlarının tarixi heç bir halda gözardı edilə bilməz
On illər əvvəl minlərlə insan doğma torpaqlarını tərk etmək və köçmək məcburiyyətində qaldı. Çoxları Azərbaycandan kənara çıxıb, lakin bu gün bir çoxu geri qayıtmaq istəyir. Orada yaşamayan yeni nəsillərin də qayıtmaq hüququ var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, professor Badri Natchkebia söyləyib.
"Əlbəttə, Azərbaycan qaçqınlarının tarixi heç bir halda gözardı edilə bilməz. Bu konfrans bir daha göstərir ki, xüsusilə beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirməsi zəruridir. Bunsuz normallaşma, yəni Azərbaycan və Ermənistan arasında münasibətlərin real normallaşması mümkün olmayacaq.
Bundan əlavə, qaçqınların qayıtmasının gecikməsi iqtisadi layihələrə, məsələn, Zəngəzur dəhlizinin inkişafına da mane olacaq. Çünki Azərbaycan qaçqınlarının böyük əksəriyyəti məhz həmin ərazilərdə yaşayırdı",- deyə B. Natchkebia vurğulayıb.
O hesab edir ki, qaçqınların geri qayıtmasına imkan yaradılmalıdır: "Bilirik ki, bu proses tez baş verməyəcək, lakin başlanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin yaxınlaşmasına, yeni qarşılıqlı anlaşmaya və nəticədə regionda sülhün bərqərar olmasına, həmçinin hər iki xalqın xoşbəxt gələcəyinə xidmət edəcək".


Digər xəbərlər
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etdi
Prezident təsdiqlədi: Xüsusi xidmət sahiblərinə 46 günlük məzuniyyət
İlham Əliyev Ağdərədə danışdı, region eşitdi: Azərbaycan geri dönməyəcək
XIII Qlobal Bakı Forumuna hazırlıq başa çatmaq üzrədir
Prezident İlham Əliyev Nadejda İsmayılovanı “Şöhrət” ordeni ilə təltif edib
Dayanıqlı sülh üçün bu addımları atmalıyıq - Vüqar İskəndərov
Xəbər lenti
Ən çox oxunan