HƏMAS-ın silahsızlaşdırılması martda başlaya bilər – ilk mərhələ Rəfahda planlaşdırılır

10:28 / 15.02.2026 Oxunub: 807

Kanal 20 TV xəbər verir ki, HƏMAS hərəkatının silahsızlaşdırılması prosesinin mart ayında başlanması nəzərdə tutulur. Bu barədə xarici mediaya istinadən məlumat yayılıb.

KAN televiziya kanalına danışan Sülh Şurasının iki rəsmi nümayəndəsi bildirib ki, proses Qəzza bölgəsində yeni texnokrat hökumət fəaliyyətə başladıqdan sonra icra olunacaq. Həmin hökumətin HƏMAS-ın indiyədək malik olduğu idarəetmə səlahiyyətlərini öz üzərinə götürməsi demilitarizasiya mərhələsinə start verilməsi üçün əsas şərt sayılır.

Məlumata görə, silahsızlaşdırmanın ilk olaraq Rəfah bölgəsində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Sülh Şurasına üzv ölkələrin liderlərinin ilk toplantısı fevralın 19-da ABŞ-da keçiriləcək.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə