İndoneziyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

19:37 / 17.01.2026 Oxunub: 839

Kanal 20 TV xəbər verir ki, İndoneziyanın Cənubi Sulavesi əyalətinin Maros şəhəri yaxınlığında “Indonesian Air Transport” aviaşirkətinə məxsus ATR tipli təyyarə ilə rabitə itib.

Yerli “Detik” agentliyinin məlumatına əsasən, axtarış-xilasetmə xidmətinin əməliyyatlar üzrə rəhbəri Andi Sultan bildirib ki, hava gəmisində ümumilikdə 11 nəfər olub. Onlardan səkkizi ekipaj üzvü, üçü isə sərnişindir.

Məlumata görə, təyyarə Yogyakarta şəhərindən Makassar istiqamətində uçuş həyata keçirirmiş. Hazırda hava gəmisinin dəqiq yerləşdiyi ərazi müəyyən edilməyib.

Xilasetmə xidmətləri hadisə ilə əlaqədar genişmiqyaslı axtarış əməliyyatına başlayıb. Əməliyyata 25 nəfər cəlb olunub və axtarış işlərinin bir neçə mərhələdə aparılacağı bildirilir.



Digər xəbərlər

Xəbər lenti

14 Fevral 2026
13 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə