Navrotskidən Tuskla bağlı SƏRT ÇIXIŞ
Polşa prezidenti Karol Navrotski baş nazir Donald Tusku 1989-cu ildən sonra ölkənin ən uğursuz hökumət başçısı adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə o, “wPolsce24” telekanalına verdiyi müsahibədə danışıb.
“Dövlətin əsas funksional məsələlərində əməkdaşlıq imkanlarını nəzərdən keçirirəm. Amma mən hələ də Donald Tusku 1989-cu ildən sonrakı dövrün ən zəif baş naziri hesab edirəm. Bununla belə, polşalılar bizdən gözləyirlər ki, lazım gələrsə, bir masa arxasında əyləşib müzakirə aparaq”, - deyə Navrotski bildirib.
Prezident əlavə edib ki, Tuskun sərt tənqidlərinə baxmayaraq, ona qarşı şəxsi kin saxlamır:
“Xristian kimi mən onun haqqında dərin inciklik hissi daşımıram”.
Bu açıqlama Tuskun prezidentin yüksək zabit rütbələrinin təsdiqindən imtina etməsi barədə sözlərinə cavab xarakteri daşıyır. Donald Tusk həmin vaxt “Prezident olmaq üçün sadəcə seçkini udmaq kifayət deyil” cümləsini işlədib.
Navrotski isə cavabında siyasi fərqliliklərə baxmayaraq, dövlətin maraqları naminə dialoqa hazır olduğunu bildirib:
“Tusk seçki kampaniyası zamanı mənim haqqımda daha ağır sözlər deyib. Mən Polşa Respublikasının prezidentiyəm, o isə baş nazirdir. Əsas məsələlərdə danışmamağımızı təsəvvür etmirəm. Mən bu vəziyyətə ölkənin xeyri naminə dözməyə hazıram”.


Digər xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Xələf Xələfov Almaniyada rəsmi görüşlər keçirib
Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvəti ilə bağlı məlumat yoxdur
“Deputat: Köçkünlər üçün ən sağlam model – öz evini tikməkdir”
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Xəbər lenti
Ən çox oxunan