Nazir müavini: İran 27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir
İran 27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir.
“Report” “Ayooq.ir”a istinadən xəbər verir ki, bunu İranın təbii sərvətlər və mineral ehtiyatlar nazirinin müavini, Geologiya və Faydalı Qazıntıların Kəşfiyyatı Təşkilatının rəhbəri Daryuş İsmaili Təbriz Ticarət Palatasının Mədən və Metal Komissiyasının üzvləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, İran bu göstərici ilə Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Kanadadan sonra dünyada beşinci olub.
Nazir müavini qeyd edib ki, İran bir trilyon 400 milyard dollar dəyərində faydalı qazıntılara malikdir: “Bunun azı beş faizi mineral xammal təşkil edir. 29 milyard dollar dəyərində yataqların kəşfi üçün sertifikatlar verilib. Bu o deməkdir ki, ehtiyatların yalnız iki faizi kəşf edilib”.
D.İsmaili vurğulayıb ki, geoloji kəşfiyyat işlərinin aparılması zərurəti heç kimdən gizli deyil: “Mədən və mineral emalı sektorundan 10 trilyon dollar əldə etmək mümkündür”.


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir