“Petrokem Qrup”dan mühüm qərar: Şirkətin nizamnamə kapitalı 2,9 dəfə azaldıldı
Kanal 20 TV-nin məlumatına görə, “Petrokem Qrup” MMC nizamnamə kapitalının əhəmiyyətli dərəcədə azaldıldığını elan edib.
“Report”un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən yaydığı xəbərə əsasən, şirkətin nizamnamə kapitalı 8 milyon 508 min manat, yəni təxminən 2,9 dəfə azaldılıb. Nəticədə nizamnamə kapitalı 13,09 milyon manatdan 4,582 milyon manata endirilib.
Qeyd edək ki, 1993-cü ildə yaradılan “Petrokem Qrup” MMC BP şirkətinin Azərbaycanda sürtkü yağları üzrə eksklüziv distribütoru kimi fəaliyyət göstərir. Şirkət eyni zamanda “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) layihələri çərçivəsində obyektlərə dəstək məqsədilə inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri xidmətlərini həyata keçirir.


Digər xəbərlər
Dünya bazarlarında “Azeri Light” nefti ucuzlaşıb
“Azeri Light” neftinin qiyməti dünya bazarlarında bahalaşıb
AzerGold QSC-nin 10 illik fəaliyyəti: Yeni yataqlar, ixrac və iqtisadi töhfə
Azərbaycanda pensiyalar 9.2 faiz artırıla bilər – 1.1 milyondan çox vətəndaşa şamil olunacaq
“Azeri Light” nefti dünya bazarında bahalaşıb
Kevin Uorş: “İnflyasiya təhlükəlidir, Fed siyasəti həddindən artıq stimullaşdırıcıdır”
Xəbər lenti
Ən çox oxunan