Prezident İlham Əliyev: Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisini və xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, məktubda qeyd edilib: “Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.
Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlətimizin başçısı belə bir əlamətdar gündə Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.



Digər xəbərlər

Ceyhun Bayramov: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycandan I yarımildə Qazaxıstana 49 min ölkə vətəndaşı səfər edib

Birol Akgün: Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyır

Şəmkirdə yol tikintisinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

Peskov: İstanbulda memorandum layihələri və mübadilə prosesi müzakirə olunacaq - YENİLƏNİB
Xəbər lenti
Ən çox oxunan
