Prezident Rəcəb Tayyib Ərdoğan: “Qlobal təhdidlərə qarşı yalnız birlikdə mübarizə apara bilərik”
Kanal 20 TV xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Birlik Vəqfinin 40-cı quruluş ildönümü münasibətilə keçirilən proqramda çıxış edərək, Türkiyənin sivil cəmiyyət təcrübəsi, milli kimliyin formalaşması və mədəni dirəniş mövzularına toxunub.
Prezident Ərdoğan çıxışında qeyd edib ki, keçmişdə ideoloji vesayət yanaşmalarının aşılmasında vətəndaş təşəbbüsləri mühüm rol oynayıb. O vurğulayıb ki, bu gün qlobal mədəni təhdidlər fonunda yerli və milli mövqenin qorunması daha da önəm kəsb edir.
Dövlət başçısının sözlərinə görə, Birlik Vəqfinin 40 illik fəaliyyəti təkcə bir qurumun uğur hekayəsi deyil, eyni zamanda Türkiyənin sivilizasiya baxışının davamlılığını təmsil edən dərin ictimai damar kimi qiymətləndirilməlidir.
Prezident Ərdoğan çıxışından sitat gətirərək bildirib:
“Bağımlılıq, ailə institutuna yönələn hücumlar, narkotik, onlayn mərc və qumar kimi qlobal miqyaslı təhlükələrlə mübarizə təkcə dövlətin gücü ilə aparıla bilməz. Hətta aparılsa belə, arzu olunan nəticə əldə olunmaya bilər.
Xüsusilə ‘bağımlılıq’ adlanan bu müasir dövrün vəbasının qarşısını vaxtında almasaq, Allah qorusun, gələcəkdə daha dərin sosial böhranlarla üzləşə bilərik.
Açıq şəkildə deyirəm ki, gənclərimizi, nəslimizi və gələcəyimizi hədəf alan bu hücum dalğasını yalnız bir olsaq, birlikdə hərəkət etsək və birlikdə mübarizə aparsaq dəf edə bilərik.
Təkcə öz evimizin önünü təmizləmək kifayət deyil; qonşularımıza da əl uzatmalı, onlara da kömək etməliyik. Bunun üçün cəmiyyətin bütün təbəqələrinin dəstəyinə və töhfəsinə ehtiyac var.”
Prezident Ərdoğan çıxışında sivil toplum təşkilatlarının bu prosesdə üzərinə düşən məsuliyyətin altını xüsusilə çəkərək, Birlik Vəqfi kimi qurumların gələcək nəsillərin qorunmasında və milli-mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynadığını vurğulayıb.


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan
