Azərbaycanda Xıdır Nəbi bayramı qeyd olunur

12:37 / 09.02.2026 Oxunub: 1489

Azərbaycanda fevralın 9-u xalqın qədim adət-ənənələrinə əsaslanan Xıdır Nəbi bayramı qeyd edilir. Bu mərasim yazın gəlişini müjdələyən mövsüm bayramlarından biri kimi tanınır.

Kanal 20 TV xəbər verir ki, Xıdır Nəbi bayramı adətən fevralın 9–10-da, bəzi bölgələrdə isə fevralın 14–15-də — Xızır İlyasın doğum günü münasibətilə keçirilir. Bu dövr həmçinin fevralın 1-dən 20-yə qədər davam edən kiçik çillə mərhələsinə təsadüf edir.

Bayram xalq inanclarında Xıdır, Xızır İlyas kimi mifik obrazlarla bağlıdır. İnanca görə, Xızır çətin anlarda insanlara yardım edən, onları qoruyan himayəçi kimi qəbul olunur. Bu günlərdə insanlar bolluq, bərəkət və ruzi arzulayırlar.

Ənənəyə əsasən, bayram günlərində ailələrdə qovurğa və qovut kimi milli yeməklər hazırlanır, qonşularla paylaşılır. Mərasim qışın sərt günlərinin arxada qalmasını və yazın gəlişinə hazırlığı simvolizə edir.

Xıdır Nəbi bayramı xüsusilə Naxçıvan, Tovuz, Qazax və digər bölgələrdə daha geniş şəkildə qeyd olunur və xalqın milli-mənəvi dəyərlərini yaşadan ənənələrdən biri hesab edilir.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə