"Qarabağ" Bikalyo ilə bağlı yekun qərarını verdi

17:52 / 28.12.2025 Oxunub: 150

Qarabağ" "Botafoqo"nun Pedro Bikalyo üçün göndərdiyi ikinci təklifi də geri çevirib.

Braziliya təmsilçisi Ağdam klubunun qapısını yaxşılaşdırılmış şərtlərlə döysə də, "yox" cavabı alıb.

"Köhlənlər"in rəhbərliyi 23 yaşlı Bikalyonun ən azı yaya qədər heyətdə qalmasını vacib sayır.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində 6 tura 7 xal toplayıb. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində pley-offa yüksəlmək şansını qoruyur. Təmsilçimiz yanvarın 21-də evdə "Ayntraxt"la, 28-də isə "Enfild"də "Liverpul"la qarşılaşacaq. (fanat.az)



Digər xəbərlər

Xəbər lenti

30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ