Qəzzada sülhməramlı qüvvə: 20 min əsgər planlaşdırılır

17:04 / 10.02.2026 Oxunub: 1090

Qəzzada mümkün beynəlxalq sülhməramlı qüvvənin ümumi sayının təxminən 20 min hərbçidən ibarət ola biləcəyi bildirilir.

20 TV TRT World-ə istinadən xəbər verir ki, İndoneziya bu qüvvəyə 8 minə qədər əsgər göndərə biləcəyini açıqlayıb.

İndoneziya Prezidenti Prabovo Subiantonun sözçüsü Prasetyo Hadi bildirib ki, hələlik sülhməramlıların yerləşdirilmə şərtləri və fəaliyyət göstərəcəyi ərazilər barədə razılıq əldə olunmayıb.

Qeyd olunur ki, Prezident Prabovo bu ayın sonunda ABŞ-a dəvət olunub və Donald Trampın “Sülh Şurası” ilə ilk görüşdə iştirak edəcək.

İndoneziya ötən il Qəzza üçün yaradılması nəzərdə tutulan sülhməramlı missiyaya 20 min hərbçi hazırlamağa hazır olduğunu bəyan etsə də, mandatla bağlı daha ətraflı məlumat gözlədiyini vurğulayıb.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə