Qızıl və gümüş fyuçerslərinin qiymətində azalma qeydə alınıb

12:15 / 17.01.2026 Oxunub: 824

Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçerslərin qiymətində eniş müşahidə olunur.

Kanal 20 TV xəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,61 faiz azalaraq 4 595,4 ABŞ dolları səviyyəsinə düşüb.

Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də geriləyib. Belə ki, gümüş fyuçersləri 4,13 faiz ucuzlaşaraq 88,537 ABŞ dollarına bərabər olub.

Qiymətli metallar bazarındakı bu dəyişikliklər qlobal maliyyə bazarlarında müşahidə olunan dalğalanmalar fonunda baş verir.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə