Şamaxı-Ağsu sərhəddində zəlzələ: Pirqulu yaxınlığında yeraltı təkanlar hiss olundu

10:53 / 18.01.2026 Oxunub: 769

Şamaxı rayonunda bu səhər saatlarında zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Pirqulu seysmik stansiyasından 12 kilometr cənubda, Şamaxı–Ağsu sərhəddi ərazisində baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 07:56-da qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,8 olub, zəlzələ ocağı isə 4–6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss edilib, ətraf yaşayış məntəqələrində isə təkanların intensivliyi 3–4 bala qədər çatıb. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və ya tələfat qeydə alınmayıb.

Seysmoloqlar bölgədə seysmik aktivliyin müşahidə edildiyini bildirir və vəziyyətin nəzarətdə saxlanıldığını qeyd edirlər.



Digər xəbərlər

Xəbər lenti

14 Fevral 2026
13 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə