Suriyada tarixi qərar: Novruz artıq rəsmi dövlət bayramıdır

19:16 / 17.01.2026 Oxunub: 932

Kanal 20 TV xəbər verir ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı ölkədə rəsmi dövlət bayramı statusu alıb.

Fərmana əsasən, baharın gəlişini, yenilənməni və qardaşlığı simvolizə edən 21 mart – Novruz günü Suriya Ərəb Respublikasının bütün bölgələrində ödənişli rəsmi istirahət günü kimi qeyd olunacaq.

Prezident fərmanında Novruz bayramının Suriyada yaşayan müxtəlif etnik və mədəni icmalar arasında birgəyaşayışın, milli həmrəyliyin və mədəni müxtəlifliyin rəmzi olduğu xüsusi vurğulanıb. Qərarın cəmiyyətdə inklüzivliyin gücləndirilməsinə və mədəni hüquqların tanınmasına xidmət etdiyi bildirilib.

Qeyd edək ki, Novruzun dövlət bayramı elan edilməsi Suriyada uzun illərdir aparılan müzakirələrdən sonra qəbul olunan mühüm siyasi və mədəni addım kimi dəyərləndirilir.



Digər xəbərlər

Xəbər lenti

03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə