Teleradio Akademiyasında mediada Azərbaycan dili üzrə təlimlərə start verildi
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərə bu gündən başlanılıb.
Təlimlərin ilk günündə ustad dərslərini Əməkdar artist Nərgiz Cəlilova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, diktor Rafiq Həşimov və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli keçiblər.
Aparıcılar üçün nəzərdə tutulan dərslərdə nitq mədəniyyəti, canlı yayım zamanı diqqət edilməli əsas məqamlar Nərgiz Cəlilova və Rafiq Həşimov tərəfindən izah olunub. Müxbir və redaktor qrupları üçün təşkil edilən təlimlərdə isə Nadir Məmmədli Azərbaycan dilinin qrammatik normalarına düzgün əməl olunması və dilçilik məsələləri ətrafında müzakirələr aparıb.
Qeyd edək ki, təlimlərin əsas məqsədi mediada Azərbaycan dilinin düzgün, səlis və peşəkar istifadəsinin təşviq edilməsidir.


Digər xəbərlər
Süni intellektli gələcəyə baxış
“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”
Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib
Əbu-Dabidə Azərbaycan və BƏƏ Prezidentlərinin görüşü ölkələr arası münasibətlərin yeni strateji mərhələyə yüksəlməsi simvoludur
Mandelson və Epstein əlaqəsi: Siyasətdə proses üstünlüyü yox, mənafe önəmli oldu
Ghislaine Maxwell: Epşteyn qalmaqalının “gizli qadını” yenidən diqqət mərkəzində
Xəbər lenti
Ən çox oxunan