UEFA Çempionlar Liqası: "Bavariya" dörd, "Çelsi" beş qolla qələbə qazandı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, üçüncü turun son oyun günündə maraqlı qarşılaşmalar baş tutub.
"Bavariya" doğma arenada "Brügge"ni sınağa çəkib. Meydan sahibləri qonaqları əliboş yola salıblar. Alman klubu Belçika təmsilçisinin qapısından 4 cavabsız top keçirməklə turnirdəki ardıcıl üçüncü qələbəsini rəsmiləşdirib - 4:0.
"Çelsi" Londonda "Ayaks"la üz-üzə gəlib. "Zadəganlar" azlıqda qalan rəqibə rəhm etməyiblər. İngilislərin 5 qoluna Niderland klubu yalnız 1 dəqiq zərbə ilə cavab verib - 5:1.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Atletik Bilbao" - "Qarabağ" 3:1;
"Qalatasaray" - "Budyo/Qlimt" 3:1;
"Atalanta" - "Slavia Praqa" 0:0;
"Monako"- "Tottenhem" 0:0;
"Ayntraxt Frankfurt" - "Liverpul" 1:5;
"Real Madrid" - "Yuventus" 1:0;
"Sportinq"- "Marsel" 2:1.


Digər xəbərlər
"Qarabağ" klubu dünya reytinqində
Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu
Ultramarafonçu Elməddin Məmmədovdan Zəfərin 5-ci il dönümünə həsr olunan möhtəşəm uğur
Azərbaycan millisinin İslandiya və Fransa ilə oyunlar üçün heyəti açıqlanıb
UEFA Avropa Liqası: III turun 18 oyunu keçirilib - NƏTİCƏLƏR