UEFA Avropa Liqası: III turun 18 oyunu keçirilib - NƏTİCƏLƏR
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində III turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, tur çərçivəsində 18 qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi "Fənərbağça" evdə "Ştutqart"ı qəbul edib.
"Çobani" stadionunda baş tutan qarşılaşmaya saat 20:45-də start verilib.
Gərgin keçən matçda "sarı-lacivərdlilər" rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.
Bu turun gərgin mübarizə şəraitində keçən qarşılaşmalarından biri də "Lion" və "Bazel" komandaları arasında baş tutub.
Fransa təmsilçisi inamlı qələbə qazanıb - 2:0.
Daha bir maraqlı nəticə Romada qeydə alınıb. Yerli "Roma" komandası evdə "Viktoriya Plzen" ilə bacara bilməyib.
Çexiya təmsilçisi sürprizə imza ataraq 1:2 hesabı ilə qalib gəlib.
Digər nəticələr aşağıdakı kimidir:
20:45. "Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan) 3:1;
20:45. "Zaltsburq" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan) 2:3;
20:45. "Fənərbağça" (Türkiyə) - "Ştutqart" (Almaniya) 1:0;
Qol: Kerem Aktürkoğlu, 34 (Pen.)
20:45. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya) 2:0;
20:45. "Lion" (Fransa) - "Bazel" (İsveçrə) 2:0;
20:45. FCSB (Rumıniya) - "Bolonya" (İtaliya) 1:2;
20:45. "Qo Ehed İqlz" (Niderland) - "Aston Villa" (İngiltərə) 2:1;
20:45. "Genk" (Belçika) - "Betis" (İspaniya) 0:0;
20:45. "Brann" (Norveç) - "Reyncers" (Şotlandiya) 3:0;
23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya) 1:2;
23:00. "Lill" (Fransa) - PAOK (Yunanıstan) 3:4;
23:00. "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya) 2:1;
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka) 0:3;
23:00. "Yanq Boys" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) 3:2;
23:00. "Frayburq" (Almaniya) - "Utrext" (Niderland) 2:0;
23:00. "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya) 2:0;
23:00. "Selta" (İspaniya) - "Nitsa" (Fransa) 2:1;
23:00. "Malmö" (İsveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:1.


Digər xəbərlər
Kamilo Duran zədələndi, "Qarabağ"da həkim müşahidəsi davam edir
Vest Bromviç baş məşqçisini 9 oyundan sonra göndərdi
2026 Qış Olimpiya Oyunları başa çatdı – Azərbaycan iki idmançı ilə təmsil olundu
Prestianni Vini Jr qalmaqalına münasibət bildirdi
“Qarabağ” Çempionlar Liqasında İngiltərə klubuna qarşı tarixi oyuna çıxır
Real Madrid futbolçusundan irqçiliklə bağlı sərt açıqlama
Xəbər lenti
Ən çox oxunan