Zaxarova: Minsk Razılaşmaları Kiyevə vaxt qazanmaq üçün imzalanmışdı

12:09 / 12.02.2026 Oxunub: 931

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Minsk Razılaşmalarının qəbul edilməsinin 11-ci ildönümü ilə bağlı açıqlama verib.

Kanal 20 TV xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Ukrayna tərəfi razılaşmaların icrasını bilərəkdən sabotaj edib, Qərb ölkələri isə bu prosesə göz yumub.

O bildirib ki, Almaniyanın sabiq kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland sonradan etiraf ediblər ki, Minsk Razılaşmaları əslində Kiyevə vaxt qazandırmaq məqsədi daşıyıb.

Zaxarovanın fikrincə, bu müddət Ukraynanın hərbi gücünü artırması və Rusiyaya qarşı mümkün müharibəyə hazırlaşması üçün istifadə olunub.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə