2025/2026-cı tədris ili üzrə rezidenturaya qəbul üçün 778 yer ayrılıb RƏSMİ

2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 778 yerdən ibarətdir. Onlardan 71 yer Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün (Müdafiə Nazirliyi sistemi üçün 26, Ədliyyə Nazirliyi sistemi üçün 26, Daxili İşlər Nazirliyi sistemi üçün 2, Dövlət Sərhəd Xidməti sistemi üçün 15, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti sistemi üçün 2 yer) və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının plan yerlərini yalnız həmin universitetin məzunları seçə bilərlər. Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin ayrı-ayrı dövlət orqanları üzrə nəzərdə tutulmuş plan yerlərini yalnız müvafiq dövlət orqanı üzrə siyahıya alınmış namizədlər seçə bilərlər.
Xatırladaq ki, rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün iyulun 22-dən qeydiyyat başlanıb. Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyulun 30-dək (saat 23:59-dək) tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 10-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.



Digər xəbərlər

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda 100 minə yaxın sənədsiz evlərin amnistiyasına start verilir

Sabah paytaxtda 34-38, rayonlarda 36-41 dərəcə isti olacaq

Azərbaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub

Sürücülərin sosial məsuliyyətinin artırılması yolları
Xəbər lenti
Ən çox oxunan
