Sabah paytaxtda 34-38, rayonlarda 36-41 dərəcə isti olacaq
 

12:49 / 23.07.2025 Oxunub: 87

 

Azərbaycanda iyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 36-41, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.



Digər xəbərlər

Xəbər lenti

24 Iyul 2025
23 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ