ABŞ-dan İrana Hərbi Zərbə Siqnalı: Yaxın Şərqdə Böyük Gərginlik

21:46 / 14.01.2026 Oxunub: 108

Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ-ın İrana qarşı hərbi zərbələr endirməsi ehtimalı gündəmə gəlib. Məlumata görə, Vaşinqton növbəti 24 saat ərzində bu istiqamətdə addım ata bilər.

Kanal 20 TV xəbər verir ki, “Reuters” agentliyinin mənbələrinə əsasən, ABŞ artıq ehtiyat tədbiri olaraq Yaxın Şərqdə yerləşən əsas hərbi bazalarından personalın qismən təxliyəsinə başlayıb.

İki Avropa rəsmisinin bildirdiyinə görə, ABŞ-ın hərbi müdaxiləsi yüksək ehtimal kimi qiymətləndirilir və mümkün zərbələr yaxın bir sutka ərzində həyata keçirilə bilər.

İsrail rəsmisinin açıqlamasında isə qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp mümkün hərbi müdaxilə ilə bağlı prinsipial qərar verib. Lakin əməliyyatın konkret vaxtı və miqyası hələlik dəqiqləşdirilməyib.

Hadisələrin inkişafı bölgədə təhlükəsizlik vəziyyətinin daha da gərginləşəcəyindən xəbər verir.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ