İsrailin 37 beynəlxalq yardım təşkilatına qadağası Qəzza üçün təhlükə siqnalı yaradır

15:06 / 14.01.2026 Oxunub: 119

Kanal 20 TV xəbər verir ki, İsrailin işğal altındakı Fələstin ərazilərində fəaliyyət göstərən 37 beynəlxalq yardım təşkilatının işinə qadağa qoyması ciddi narahatlıqlara səbəb olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu qərar humanitar vəziyyətin artıq kritik həddə çatdığı Qəzza zolağında ağır nəticələrə yol aça bilər.

Məlumata görə, sözügedən təşkilatlar Qəzzada əhalinin əsas ehtiyaclarının — ərzaq, tibbi yardım və humanitar dəstəyin təmin olunmasında mühüm rol oynayırdı. Qadağanın tətbiqi isə minlərlə dinc sakinin həyat şəraitini daha da çətinləşdirə, bölgədə humanitar böhranı dərinləşdirə bilər.

Beynəlxalq ictimaiyyət İsrailin bu addımına reaksiya verməkdə davam edir və humanitar yardımın maneəsiz şəkildə bölgəyə çatdırılmasının vacibliyini vurğulayır.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ