Prezident İlham Əliyev Şuşa və mədəniyyət sahəsi ilə bağlı iki mühüm sərəncam imzaladı
Prezident İlham Əliyev Şuşa şəhərində yerləşən “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi və ölkənin mədəni inkişaf strategiyasını əhatə edən “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının təsdiqi ilə bağlı sərəncamlar imzalayıb.
Kanal 20 TV xəbər verir ki, imzalanan sənədlər Şuşanın turizm və konqres potensialının səmərəli idarə olunmasını, eyni zamanda Azərbaycanın mədəniyyət sahəsində uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini nəzərdə tutur..
Kanal 20 TV sərəncamın mətnini təqdim edir:
Şuşa şəhərində yerləşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi qəbul edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etsin;
2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Prezident İlham Əliyev “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunub).
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:
2.1. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirsin;
2.2. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər
İlham Əliyev fərman imzaladı
“Mossad” Prezident İlham Əliyevin Qəzza ilə bağlı mövqeyini paylaşıb
Azad edilmiş ərazilərin iki əsas şəhəri olacaq - Prezident
Prezident qızıl ehtiyatlarının artırılmasının maliyyə nəticələrini açıqladı
Sumqayıt və Bakı şəhərlərində yol istifadəçiləri arasında sosial aksiya keçirilib
“Şəhidlərə həsr olunmuş nəşrin hazırlanması’’ layihəsinin icrasına başlanılıb
Xəbər lenti
Ən çox oxunan