2026-cı ilin Novruz çərşənbələrinin tarixləri açıqlandı
21:05 / 04.01.2026
Oxunub: 3617
Kanal 20 TV xəbər verir ki, Azərbaycanda 2026-cı il üçün Novruz bayramı öncəsi qeyd edilən çərşənbələrin tarixləri bəlli olub.
Belə ki, Su çərşənbəsi fevralın 24-də qeyd olunacaq. Baharın gəlişini müjdələyən Od çərşənbəsi martın 3-nə, Yel çərşənbəsi martın 10-na təsadüf edəcək. Novruzun sonuncu və ən əlamətdar mərhələsi olan Torpaq (İlaxır) çərşənbə isə martın 17-də keçiriləcək.
Məlumata əsasən, Novruz bayramı günləri 20–24 mart tarixlərini əhatə edəcək.
Qeyd edək ki, minillik tarixə malik Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınıb və Azərbaycan xalqının milli kimliyinin, adət-ənənələrinin əsas rəmzlərindən biri hesab olunur.


Digər xəbərlər
Sabah maqnit qasırğası gözlənilmir
Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib
Bakı aeroportu sərnişinlərə xəbərdarlıq etdi: 14–15 fevralda yolda məhdudiyyət olacaq
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
Audiovizual Şura lisenziya müraciətlərinə baxıb
Xəbər lenti
14 Fevral 2026
13 Fevral 2026
Ən çox oxunan
20:27
18 Yanvar 2026
2988