ABŞ-dan Cənubi Qafqaz mesajı: Vaşinqton Bakı və İrəvanla sülh üçün işini davam etdirir
14:43 / 14.01.2026
Oxunub: 130
Kanal 20 TV xəbər verir ki, ABŞ sülh prosesinin məntiqi və davamlı nəticə ilə yekunlaşması üçün Ermənistan və Azərbaycanla əməkdaşlığını davam etdirir.
“Report”un Ermənistan mediasına istinadən yaydığı məlumata görə, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn açıqlama verib.
Diplomat bildirib ki, Vaşinqton yalnız Ermənistan və Azərbaycanla deyil, eyni zamanda regiondakı digər tərəfdaşlarla da sıx işləməkdə qərarlıdır. Onun sözlərinə görə, atılan bütün addımlar konkret məqsədə xidmət etməli və nəticə etibarilə hər iki ölkə üçün ədalətli, dayanıqlı sülh və rifah yaratmalıdır.
Kristina Kuinn ABŞ-nin vasitəçilik səylərinin Cənubi Qafqaz üçün yeni və ümidverici mərhələnin başlanğıcı olacağına inandığını da vurğulayıb.


Digər xəbərlər
ABŞ-dan Moskva istiqamətində diqqətçəkən diplomatik addım
Azərbaycan və Türkiyə xarici işlər nazirləri telefon danışığı aparıb
Azərbaycanlı polkovnik Tümamirala etiraz etdi - Açıqlama
İsrail XİN rəhbəri Bakıya gəlir – Gideon Saarın Azərbaycana rəsmi səfəri gözlənilir
Samir Şərifov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
Milli Müdafiə Naziri Yaşar Güler: “Heç bir terror təşkilatına bölgədə möhkəmlənməyə imkan verməyəcəyik”
Xəbər lenti
14 Yanvar 2026
13 Yanvar 2026
Ən çox oxunan
20:25
14 Yanvar 2026
222