İrana dair sərt açıqlama və ağır itkilər: Çin müdaxiləyə “yox” dedi, etirazlarda ölənlərin sayı 2 550-yə çatdı
Kanal 20 TV xarici mediaya istinadən xəbər veririk ki, ABŞ-da yayımlanan açıqlamalara və beynəlxalq müzakirələrə Çin tərəfinin reaksiyası gecikməyib. Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məsələ ilə bağlı yaydığı bəyanatda İranın daxili işlərinə istənilən xarici müdaxiləni qətiyyətlə qəbul etmədiklərini bildirib. Rəsmi Pekin beynəlxalq münasibətlərdə gücdən istifadəni və ya güc tətbiqi ilə hədələməni dəstəkləmədiyini vurğulayaraq, problemlərin yalnız dialoq və diplomatik yollarla həllinin mümkün olduğunu qeyd edib.
Digər tərəfdən, ABŞ mərkəzli HRANA insan haqları təşkilatının yaydığı son hesabatda İranda artıq 17 gündür davam edən etirazlarla bağlı ağır statistika açıqlanıb. Hesabata əsasən, etirazlar zamanı həlak olanların sayı 2 min 550 nəfərə çatıb. Ölənlər arasında 12-si 18 yaşından kiçik olmaqla, 2 min 403 etirazçı, həmçinin təhlükəsizlik qüvvələrindən 147 nəfərin olduğu bildirilir. Təşkilat qeyd edir ki, real rəqəmlər açıqlanan göstəricilərdən daha yüksək ola bilər.


Digər xəbərlər
Türkiyə, Misir və Qətər Qəzaya Texnokrat Komitəni Alqışlayır
ABŞ-dan İrana Hərbi Zərbə Siqnalı: Yaxın Şərqdə Böyük Gərginlik
İranda İnternet Qaranlığı 130 Saatı Keçdi – Rəsmi Təsdiq Gəldi
İranlı əhali xarici müdaxiləyə qarşı: Netanyahu, Trump və Pəhləviyə etiraz!
ABŞ Prezidenti Venesuelanın neft kanalı strategiyasını açıqladı
Çin ABŞ və İsrail Yazılımlarına “Qırmızı İşıq” Yandırdı!
Xəbər lenti
Ən çox oxunan