BDU-da təmir qərarı: Tələbələr müvəqqəti olaraq başqa universitetlərdə təhsil alacaq

14:01 / 14.01.2026 Oxunub: 124

Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusunun əsaslı təmirə bağlanması ilə əlaqədar tələbələrin müvəqqəti olaraq başqa ali təhsil müəssisələrinə köçürüləcəyi açıqlanıb.

Kanal 20 TV xəbər verir ki, “Ölkə.az”ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, BDU tələbələri təmir müddətində təhsillərini Odlar Yurdu Universitetində və fəaliyyəti dayandırılmış Asiya Universitetinin binasında davam etdirəcəklər. Bu barədə tələbələrə artıq rəsmi məlumat verilib.

Bildirilib ki, yeni semestrdən etibarən tələbə sayı daha çox olan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrinin tələbələri Odlar Yurdu Universitetinə yerləşdiriləcək. Hüquqşünaslıq və Filologiya fakültələrinin tələbələri isə Asiya Universitetinin binasında təhsil alacaqlar.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunun təmiri ilə bağlı elan edilən 23 milyon manatlıq tenderin qalibi “Koneks Construction” MMC olub.

Məsələ ilə bağlı rəsmi qurumların əlavə məlumat verəcəyi gözlənilir.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ