8 Martda Zərifliyin Səhnə Bayramı: Orhan Ölmez və Səbuhi Zaman İlk Dəfə Eyni Səhnədə
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə zərifliyin, duyğunun və sevginin səhnədə sözə və musiqiyə çevrildiyi möhtəşəm bir gecə sənətsevərləri gözləyir.
Kanal 20 TV xəbər verir ki, milyonların sevdiyi Türkiyənin məşhur müğənnisi Orhan Ölmez ilə tanınmış şair və qiraət ustası Səbuhi Zaman ilk dəfə duet konsert proqramı ilə eyni səhnədə çıxış edəcək. Şeir və musiqinin harmoniyasının təqdim olunacağı bu xüsusi axşam qadınlara həsr olunub.
Canlı ifalar, duyğulara toxunan şeirlər və unudulmaz səhnə anları ilə yadda qalacaq gecə sevən, hiss edən və ilham verən bütün qadınlar üçün əsl bayram hədiyyəsi olacaq.
Təşkilatçıların bildirdiyinə görə, konsert qadınlara özlərinə vaxt ayırmaq, ruhlarını musiqi ilə, qəlblərini isə şeirlə zənginləşdirmək fürsəti yaradacaq.
Bu gecə bir daha sübut edəcək ki, qadınlar hər zaman sevginin, ilhamın və gözəlliyin mənbəyidir. Çünki onlar buna layiqdirlər.


Digər xəbərlər
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu
Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq
Yasamalda “Şamaxinka” yol qovşağında hərəkət artıq işıqforla tənzimlənir
Bu gün Bakıda hava necə olacaq? – Temperatur 16 dərəcəyədək yüksələcək
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir