Çin ABŞ və İsrail Yazılımlarına “Qırmızı İşıq” Yandırdı!

16:13 / 14.01.2026 Oxunub: 120

Pekin – Reuters-in xüsusi məlumatına görə, Çin hökuməti milli təhlükəsizliyi əsas gətirərək ABŞ və İsrail mənşəli kiber təhlükəsizlik proqramlarının istifadəsini qadağan edib. Çinli şirkətlərə açıq göstəriş verilib: bu proqramlardan istifadə edilməyəcək.

Çinli rəsmilər, ABŞ və İsrail mənşəli bir sıra qlobal proqram şirkətlərinə qarşı faktiki ambargo tətbiq edib. Reuters-ə danışan mənbələr bildirir ki, Çin şirkətləri dərhal bu ölkələrdən olan kiber təhlükəsizlik proqramlarından istifadəni dayandırmaları barədə xəbərdar edilib.

Göstərişin son günlər verildiyi, amma neçə şirkəti əhatə etdiyi barədə hələlik dəqiq məlumatın olmadığı qeyd olunur.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ